AZ

Ukraynalı hərbçilərdən gözlənilməz rekord: Rusiyaya elə bir zərbə vuruldu ki...

ain.az, GlobalInfo saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Ukraynalı hərbçilər iki ədəd “Şahed” tipli zərbə PUA-sını “Sting” adlı dron-tutucular vasitəsilə 500 kilometr məsafədən vurub.

Globalinfo.az xəbər verir ki, bu barədə Ukrayna müdafiə şirkətinin mətbuat xidməti məlumat yayıb.

Bildirilir ki, “Şahed” dronları “Bulava” bölməsinin hərbçisi Roman tərəfindən məhv edilib. O, hadisə zamanı hədəflərdən təxminən 500 kilometr uzaqlıqda olub.

Şirkətin açıqlamasına görə, bu, operatorun belə böyük məsafədən eyni anda iki dronu vurmağa cəhd etdiyi və uğur qazandığı ilk haldır.

Qeyd olunur ki, “Şahed” dronlarını 500 kilometr məsafədən “Sting” tipli dron-tutucularla vurmaq Hornet Vision Ctrl texnologiyası sayəsində mümkün olub. Hərbçilər bu sistemi cari ilin mart ayının sonunda təqdim edib və onun yüzlərlə kilometr məsafədən dronları idarə etməyə imkan verdiyini bildirib.

Əliyar Xəlil

Globalinfo.az 

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
0
48
globalinfo.az

10Mənbələr