AZ

Arvadına laqeyd yanaşan kişiyə təzminat qərarı verildi

Türkiyədə məhkəmə ailə mübahisəsi ilə bağlı diqqətçəkən qərar qəbul edib.

Azreform.info Türkiyə KİV-ə sitinadla xəbər verir ki, iş materiallarına əsasən, iddiaçı kişi həyat yoldaşına qarşı laqeyd davranıb, tez-tez gec saatlarda evə gəlib və onu bacısının evində qoyaraq birlikdə yaşamaqdan yayınıb.

Araşdırma zamanı qadının da cinsi münasibətdən qaçdığı müəyyən edilsə də, məhkəmə tərəflərin eyni dərəcədə günahkar olmadığı qənaətinə gəlib.

Türkiyə Mülki Məcəlləsinin 174/1 və 174/2 maddələrinə uyğun olaraq, ərin ağır günahkar olduğu və arvadın maddi və mənəvi zərər iddialarının əsaslı olduğu müəyyən edilib.

Xüsusi Dairə və Hüquq Ümumi Şurasının ləğv qərarına əməl edilməli olduğu bildirilərək, əvvəlki qərarda israr edilməsi (müqavimət göstərilməsi) xətalı hesab edilib.

Həmidə İbrahimova

Seçilən
1
12
azreform.info

10Mənbələr