AZ

Ərdoğanla Rutte telefonla danışdı

Ərdoğanla Rutte telefonla danışdı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan NATO-nun Baş katibi Mark Rutte ilə telefonla danışıb.

AFN.az xəbər verir ki, Türkiyə Prezident Administrasiyasının Kommunikasiya İdarəsinin sosial şəbəkə hesabından verilən məlumata görə, söhbət zamanı regional və qlobal mövzular, həmçinin NATO-nu maraqlandıran məsələlər müzakirə edilib.

Prezident Ərdoğan İrana qarşı müdaxilə ilə başlayan prosesin geostrateji dalana sürükləndiyini və beynəlxalq birliyin bu müharibəni dayandırmaq üçün səylərini artırmalı olduğunu qeyd edib. O, NATO-nun Türkiyənin hava hücumundan müdafiəsinə verdiyi dəstəyə diqqət çəkərək, bu prosesdəki həmrəyliyin alyansın çəkindirici gücünü bir daha ortaya qoyduğunu bildirib.

Eyni zamanda Ərdoğan Ukrayna-Rusiya müharibəsinin sülhlə nəticələnməsi istiqamətində cəhdlərini davam etdirdiyini ifadə edib. Görüşdə NATO-nun yaradılmasının 77-ci ildönümünü qeyd edən Ərdoğan 7-8 iyul 2026-cı il tarixlərində keçiriləcək NATO Ankara Sammitində alyansı gələcək sınaqlara qarşı daha dözümlü və effektiv edəcək qərarların alınacağına ümid etdiyini vurğulayıb.

Seçilən
1
28
afn.az

9Mənbələr