AZ

Xudayar son nəfəsində NƏ DEYİBMİŞ? Şəhid olduğu yerə yazılıb VİDEO

ain.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

Vətən müharibəsində həlak olan Dövlət Sərhəd Xidmətinin giziri Xudayar Yusifzadənin şəhid olduğu yerdən videogörüntülər yayılıb.

Oxu.Az "Unikal"a istinadən xəbər verir ki, əraziyə baş çəkən insanlar maraqlı bir məqamı açıqlayıblar. Belə ki, onların dediklərinə görə, şəhidimiz vurulduqdan sonra həmin əraziyə "Bu da belə" sözünü yazıb. Həmin söz indi Zəngilan rayonunda Xudayar Yusifzadənin şəhid olduğu yerə həkk olunub.

View this post on Instagram

Xatırladaq ki, Xudayar oktyabrın 22-də Zəngilan döyüşləri zamanı rayonun Ağbənd qəsəbəsi istiqamətində döyüş tapşırığının yerinə yetirilməsi zamanı şəhid olub. Bərdə şəhərinin Şəhidlər Xiyabanında dəfn edilib.

Ölümündən sonra "Vətən uğrunda" medalı, "Azərbaycan Bayrağı" ordeni, "Zəngilanın azad olunmasına görə" medalı və "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilib.

Qeyd edək ki, şəhidimiz müharibə zamanı ifa etdiyi "Vətən yaxşıdır" mahnısı ilə daha çox tanınıb. Həmin mahnı onun şərəfinə "Xudayar təsnifi" adlandırılıb.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
11
46
oxu.az

10Mənbələr