AZ

Gecə itirdiyi pullara səhər qovuşdu Kredit borcu üçün yığmışdı

ain.az, Lent az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Saatlı Rayon Polis Şöbəsinə gecə saatlarında küçələrin birində içərisində pul əskinasları olan paket tapılması barədə məlumat daxil olub.

Lent.az-ın məlumatına görə, şöbə əməkdaşları tərəfindən dərhal müvafiq tədbirlər görülüb, həmin pulları itirən şəxs müəyyən edilərək polis şöbəsinə dəvət olunub və ona məxsus pul vəsaitləri təhvil verilib.

Adının açıqlanmasını istəməyən rayon sakini paketin içərsində 4000 manatdan artıq pul olduğunu, həmin pulları kredit borcuna ödəmək üçün topladığı bildirib. Vətəndaş göstərilən böyük köməkliyə görə polis əməkdaşlarına öz minnətdarlığını bildirib.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
0
50
lent.az

10Mənbələr