AZ

“Eşref Rüya”nın məşhur aktyoru oğlu ilə fotosunu PAYLAŞDI

Türkiyəli məşhur aktyor Görkem Sevindik oğlu ilə çəkdirdiyi fotonu sosial şəbəkədə paylaşıb.

NOCOMMENT.az xəbər verir ki, ata və oğulun ürəkaçan pozası qısa müddətdə izləyicilərin diqqətini çəkib.

Xüsusilə onların bir-birinə çox bənzəməsi sosial mediada ən çox müzakirə olunan detallardan biri olub.

Maşının içərisində çəkilən fotoda Sevindikin oğlunun şən və səmimi pozası izləyicilərin marağına səbəb olub. Paylaşıma çoxlu bəyənmə gəlib və istifadəçilər “Eynilə atasıdır”, “Çox oxşayırlar” kimi rəylər yazıblar.

Ümumiyyətlə şəxsi həyatını mediadan uzaq saxlamağa üstünlük verən aktyorun bu paylaşımı pərəstişkarları tərəfindən böyük maraqla qarşılanıb.

Görkem Sevindik kimdir?

Görkem Sevindik 17 oktyabr 1986-cı ildə Adanada anadan olub. O, Müjdat Gezen Sənət Mərkəzində aktyorluq təhsili alıb. Aktyor xüsusilə Kurtlar Vadisi Pusu serialında canlandırdığı Pusat obrazı ilə geniş tanınıb. Daha sonra Söz, Ramo və Teşkilat kimi məşhur layihələrdə rol alaraq televiziya dünyasında uğurlu karyerasını davam etdirib.

Tunar
NOCOMMENT.az

Seçilən
44
50
nocomment.az

10Mənbələr