ain.az, Avtosfer saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Özbəkistanda məmurların hər ayın 5-i və 25-i tarixlərində xidməti avtomobildən istifadəsi qadağan edilib.
Avtosfer.az xəbər verir ki, hökumətin bu qərarda məqsədi şəhərlərdə tıxacı azaltmaq, ekoloji vəziyyəti yaxşılaşdırmaqdır. Bir neçə yüksəkvəzifəli dövlət adamını çıxmaq şərti ilə qeyd edilmiş tarixlərdə məmurlar ya şəxsi avtomobil, ya da ictimai nəqliyyatdan istifadə etməlidirlər. Qərar may ayında qüvvəyə minəcək.
Hökumət yaşıllaşdırma ilə bağlı da kampaniyaya başlayıb. Bütün yaşayış məntəqələrində yaşıllaşdırma qruplarının təşkili tövsiyə edilib. Bununla belə, məhəllələrdə ağac əkilərkən allerqoloqlardan rəy almaq tələb olunur. Başqa sözlə, ictimai yerlərdə allergeyaya səbəb olan bitkilərin əkilməsi məhdudlaşdırılır.
Vüqar
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.