AZ

Bu futbolçu “Qarabağ”ın heyətində 40 cı qolunu vurdu

Milli.az portalından verilən məlumata əsasən, ain.az bildirir.

Kadi Borges "Qarabağ"ın heyətində 40-cı qolunu vurub.

Milli.Az Peşəkar Futbol Liqasın rəsmi saytına istinadən xəbər verir ki, braziliyalı yarımmüdafiəçi Bizon Azərbaycan Kubokunun 1/2 final mərhələsinin "Sabah"la qarşılaşmasında (2:2) dubl müəllifi olub.

O, bununla da Ağdam klubunda keçirdiyi 123-cü matçda qol sayını "40"a çatdırıb.

Cənubi amerikalı Premyer Liqada 24 (70 oyunda), Azərbaycan kubokunda 6 (14 oyunda), avrokuboklarda 10 (39 oyunda) qola imza atıb. Kadi "Qarabağ"ın tarixində 40 və daha çox qol vuran 18-ci futbolçudur.

Qeyd edək ki, Borges "Qarabağ"da ilk qolunu 2021-ci il avqustun 12-də Konfrans Liqasının III təsnifat mərhələsinin AEL (Kipr) ilə ev oyununda vurub.

Milli.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
25
28
news.milli.az

10Mənbələr