AZ

Mehmet Ali Erbildən ŞOK HƏRƏKƏT: Anasının dəfni günü TikTok-da sərvət topladı

Türkiyə şou-biznesinin ən çox müzakirə edilən simalarından olan Mehmet Ali Erbil həm şəxsi həyatı, həm də sosial media addımları ilə gündəmdən düşmür.

Musavat.com "Haberler.com"a istinadən xəbər verir ki, anası Yurdagül Ekenin dəfn mərasiminə sağlamlıq problemləri səbəbindən qatılmadığı bildirilən Erbilin elə həmin gün TikTok-da canlı yayım açması diqqət çəkib.

Etdiyi evliliklər, qəfil ayrılıqlar və qalmaqallı açıqlamaları ilə tanınan məşhur şoumen bu dəfə sosial şəbəkədəki hərəkəti ilə tənqid hədəfinə çevrilib.

Dəfn mərasimində iştirak etməməsi ilə bağlı iddialar yayıldığı bir vaxtda, onun TikTok-da aktiv olması sosial media istifadəçiləri arasında ciddi mübahisə yaradıb.

“Haris” adlı istifadəçi ilə birgə canlı yayım açan Erbilə qısa müddət ərzində yüz minlərlə lirə dəyərində virtual hədiyyələr göndərilib. Yayım zamanı gələn yüksək məbləğli hədiyyələr və qazanılan məbləğ görənləri heyrətə gətirib.

“Qaçış sindromu” başda olmaqla müxtəlif sağlamlıq problemləri ilə mübarizə aparan Erbilin infeksiya riski yaratmaması üçün həkim məsləhəti ilə dəfn mərasiminə qatılmadığı bildirilir.

Qeyd edək ki, Erbil daha əvvəl qatıldığı proqramların birində uşaqlıq illəri ilə bağlı danışarkən anasına olan incikliyini dilə gətirib.

Yaşadıqlarını danışarkən göz yaşlarını tuta bilməyən şoumen bu sözləri demişdi:

"Ən acısı və heç unutmadığım odur ki, ögey atam çirkli paltarlarımı anamın yumasını qadağan etmişdi. Qonşumuz var idi, mən yuyucu toz alıb ona verirdim, paltarlarımı o yuyurdu. Gecələr yataqxanada ağlayaraq deyirdim ki, İlahi, mən heç vaxt belə olmayacağam, həyat yoldaşımdan ayrılmayacağam və uşaqlarım belə acılar çəkməyəcək".

Məşhur şoumenin bu kədərli keçmişinə rəğmən, anasının vəfat etdiyi gün canlı yayımda pul qazanması izləyicilər tərəfindən birmənalı qarşılanmayıb.

Musavat.com

Seçilən
8
4
musavat.com

9Mənbələr