Azərbaycan millisinin üzvü Mahir Emrelinin də formasını geyindiyi "Kayzerslautern" Almaniya 2-ci Bundesliqasında 28-ci tur oyununa çıxıb.
QOL.az xəbər verir ki, "Kayzerslautern" doğma meydanda "Fortuna"nı qəbul edib. Qarşılaşma meydan sahiblərinin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Mahir Emreli meydana 83-cü dəqiqədə daxil olub.
4 aprel
"Kayzerslautern" - "Fortuna" - 3:0
Qollar: Y.Rasmussen, 62, S.Şahin, 76, Daniel Hanslik 90+6
Qeyd edək ki, hazırda "Kayzerslautern" turnir cədvəlində 43 xalla 7-cidir.