ain.az bildirir, Apa.az saytına əsaslanaraq.
İran Hörmüz boğazında İsrailə məxsus gəmiyə dron zərbəsi endirib.
Bu barədə İranın dövlət mediası İslam İnqilabı Keşikçiləri Korpusunun Dəniz Qüvvələri komandanlığına istinadən məlumat yayıb.
Qeyd edilib ki, Hörmüz boğazında İsraillə əlaqəli gəmiyə pilotsuz təyyarə zərbə endirib və nəticədə gəmidə böyük yanğın baş verib.
Bildirilib ki, strateji su yolunda toqquşmadan sonra gəmi alovlanıb.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.