AZ

Azərbaycan Prezidentinin tapşırığı ilə İrana növbəti humanitar yardım yola salınıb - YENİLƏNDİ

Azərbaycandan İrana humanitar yardım aparan yük avtomobilləri Cənubi Astara sərhəd buraxılış məntəqəsinə çatıb.

Avtomobillər burada müvafiq sərhəd-gömrük yoxlanışından keçdikdən sonra İran ərazisinə hərəkət edəcəklər.
Qeyd edək ki, bu, Azərbaycandan İrana göndərilən üçüncü humanitar yardımdır. Yardım karvanı 10 yük avtomobilindən ibarətdir və ümumi çəkisi 200 tona yaxındır. Göndərilən humanitar yük əsasən qida və ərzaq məhsullarından ibarətdir.
***
09:07
Azərbaycan Respublikası Prezidenti İlham Əliyev və İran İslam Respublikasının Prezidenti Məsud Pezeşkian arasında baş tutmuş telefon danışıqlarına əsasən qonşu və dost İran xalqının hazırkı ehtiyaclarının təmin edilməsi məqsədilə bu gün İrana növbəti humanitar yardım yola salınıb.
Teleqraf xəbər verir ki, İrana göndərilən humanitar yardıma ümumi həcmi 200 ton olan müxtəlif adda ərzaq məhsulları, dərman vasitələri və tibbi ləvazimatlar daxildir.
Yardımın 190 tonu ərzaq və qida məhsulları, 7 tonu dərman vasitələri, 3 tonu isə tibbi ləvazimatlardır.
Humanitar yardım 10 yük avtomobili vasitəsilə göndərilib.








Seçilən
39
50
yenilik.az

10Mənbələr