AZ

"Buşehr" AES-in yaxınlığına mərmi düşməsi nəticəsində bir nəfər ölüb

İranda "Buşehr" atom elektrik stansiyasının (AES) yaxınlığına mərmi düşüb, nəticədə stansiyanın mühafizə əməkdaşlarından biri ölüb.

"Report" xəbər verir ki, bu barədə İranın Atom Enerjisi Təşkilatı sosial şəbəkədə məlumat yayıb.

Bildirilib ki, partlayış dalğası yan binalardan birini zədələyib, lakin atom stansiyasının əsas obyektləri zərər görməyib.

Hadisənin təfərrüatları dəqiqləşdirilir.

Seçilən
52
musavat.com

1Mənbələr