AZ

NBA tarixində ilk: 19 yaşlı basketbolçu bir oyunda 50 xal topladı VİDEO

Idman.biz saytından alınan məlumata görə, ain.az bildirir.

ABŞ-li basketbolçu, “Dallas Maverks”in yeni oyunçusu Kuper Fleqq “Orlando Magic”ə qarşı müntəzəm çempionat oyununda 51 xal toplayaraq NBA tarixində bir oyunda 50 və daha çox xal toplayan ən gənc basketbolçu olub.

İdman.Biz xəbər verir ki, görüş “Dallas”ın 127:138 hesablı məğlubiyyəti ilə başa çatıb.

Hazırda 19 yaş 103 günlük olan Fleqq 14 noyabr 2009-cu ildə müəyyənləşdirilmiş rekordu yeniləyib. Həmin rekord “Milvauk Bucks”in sabiq oyunçusu Brendon Cenninqsə məxsus idi (55 xal; 20 yaş 52 gün).

Bu göstəriciyə nail olan ən gənc basketbolçular sırasında həmçinin Lebron Ceyms (56 xal; 20 yaş 80 gün), Devin Buker (70 xal; 20 yaş 145 gün) və Viktor Vembanyama (50 xal; 20 yaş 314 gün) da yer alır.

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
13
25
icma.az

10Mənbələr