AZ

Yeni qadağa ilə bağlı vacib suallar – Detallar açıqlandı

Aprelin 1-də Azərbaycanda elektron siqaretlərlə bağlı qadağa qüvvəyə minib. Qadağanı pozanları müxtəlif məbləğlərdə cərimə gözləyir. Amma məsələ yalnız cərimə ilə bitmir. Hazırda ən çox müzakirə olunan sual bu qadağanın praktikada necə tətbiq ediləcəyidir.

Küçədə və ictimai yerlərdə protokolu kim yazacaq, vətəndaş necə müəyyən ediləcək, ilk mərhələdə xəbərdarlıq olacaqmı?

NOCOMMENT.az xəbər verir ki, məsələ ilə bağlı hüquqşünas Ramil Süleymalı bildirib ki, dəyişiklik yalnız istifadə ilə məhdudlaşmır:

“İnzibati Xətalar Məcəlləsinə əlavə edilmiş 212-1-ci maddə aprelin 1-də qüvvəyə minib. Həmin maddəyə əsasən, ictimai yerlərdə elektron siqaret çəkən şəxslər 30 manat məbləğində cərimə olunacaqlar.

Maddənin tələbinə görə, ölkədə elektron siqaretlərin və onların komponentlərinin istehsalı, satışı, idxalı və ixracı qanunvericiliklə qadağandır. Bu hallar aşkarlandığı təqdirdə məhsullar müsadirə olunmaqla, fiziki şəxslər 350 manatdan 500 manatadək, vəzifəli şəxslər 1650 manatdan 2200 manatadək, hüquqi şəxslər isə 4000 manatdan 5000 manatadək cərimə ediləcəklər”.

Seçilən
23
2
nocomment.az

10Mənbələr