AZ

Türkiyədə ağır yol qəzası - Çox sayda ölən və yaralananlar var - VİDEO

Türkiyədə Ankara-İstanbul yolunda ağır yol qəzası baş verib.

Day.Az Türkiyə KİV-ə istinadən xəbər verir ki, sərnişin avtobusunun yerüstü piyada keçidinin sütununa çırpılması nəticəsindı azı 4 nəfər həlak olub, 13 nəfər yaralanıb.

Qəzanın ardından hadisə yerinə təcili tibbi yardım briqadaları cəlb olunub, yaralılar təcili yardım avtomobilləri ilə xəstəxanalara aparılıb.

Faktla bağlı cinayət işi açılıb. Hadisənin baş vermə səbəbi araşdırılır.

Seçilən
0
1
day.az

2Mənbələr