Qan verdikdən sonra donor 5-10 dəqiqə uzanıqlı vəziyyətdə qalmalı və dincəlməlidir. Başgicəllənmə hiss etdikdə, tibb heyətinə müraciət edilməlidir.
"Cebheinfo.az" xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirib ki, sarğını 3-4 saatdan tez çıxarmaq və ya islatmaq olmaz. Donor qan verdikdən sonra 24 saat ərzində ağır fiziki işdən çəkinməli, spirtli içki qəbul etməməli, 1-2 saat müddətində siqaret çəkməməlidir.
Kalorili və müntəzəm qidalanmalı, çoxlu maye qəbul edilməlidir. Qanvermədən sonra 10 sutka ərzində heç bir peyvənd etdirilməməlidir.