Türkiyənin Bursa şəhərində sərnişin daşıyan mikroavtobus aşıb.
“İki sahil” "Haber Global"a istinadən xəbər verir ki, hadisə İznik-Orhangazi magistralında baş verib. İdarəetmədən çıxan mikroavtobusun aşması nəticəsində bir nəfər ölüb, 12 nəfər isə xəsarət alıb.
Hadisə yerinə təcili tibbi yardım briqadaları və xilasedicilər cəlb olunub.
Hadisənin başvermə səbəbləri araşdırılır.