AZ

Yuxu qatili: Çin yollarında lazer şousu

Çin yol xidmətləri yol-nəqliyyat hadisələrinə qarşı mübarizə aparmaq üçün olduqca yaradıcı və qeyri-adi üsul tətbiq etməyə başlayıb.

İndi gecə saatlarında magistral yollarda hərəkət edən sürücülərin diqqətini artırmaq üçün xüsusi “lazer şouları” təşkil olunur.

NOCOMMENT.az xəbər verir ki, uzaq yol sürücülərinin və səyahətçilərin sükan arxasında yuxuya getməməsi üçün trasların üzərində güclü işıq qurğuları quraşdırılır. Yolun üzərində yaranan parlaq, rəngarəng şüalar və dinamik parıltılar sanki bir musiqi festivalı atmosferi yaradır. İdeya müəllifləri əmindirlər ki, bu cür vizual stimullaşdırma sürücünün diqqətini dərhal aktivləşdirir və onun yoldan çıxma riski olmadan ən yaxın dayanacağa qədər sağ-salamat çatmasına kömək edir.

Sara,
NOCOMMENT.az

Seçilən
50
nocomment.az

1Mənbələr