AZ

Tehranın şimalındakı dağlıq ərazidə partlayışlar baş verib

ain.az bildirir, Azertag saytına əsaslanaraq.

Bakı, 4 aprel, AZƏRTAC

Tehranın şimalındakı dağlıq Kolakçal bölgəsində bir neçə partlayış baş verib.

AZƏRTAC xəbər verir ki, bu barədə Əl-Hədət telekanalı məlumat yayıb.

Hadisənin təfərrüatları hələlik açıqlanmayıb. İran rəsmiləri sözügedən məlumatı şərh etməyiblər.

Eyni zamanda, beynəlxalq media və şahidlər paytaxtda bir neçə güclü partlayış səsinin eşidildiyini və hava hücumundan müdafiə sistemlərinin aktivləşdirildiyini bildirir.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
50
5
azertag.az

1Mənbələr