Azərbaycan Kubokunun yarımfinal mərhələsi ilk oyunlar arxada qalıb.
Sportinfo.az xəbər verir ki, “Qarabağ” Tofiq Bəhramov adına Respublika stadionunda “Sabah”la qarşılaşıb.
Maraqla gözlənilən qarşılaşmanı stadiondan 12-13 mindən çox azarkeş izləyib.
Azərbaycan çempionatında stadionun belə dolu olması öyrəşilən hal deyil.
Bu cür anşlaq görüntüləri adətən Avrokuboklarda müşahidə edilirdi.
