AZ

Yunis Hüseynov: “Hakimlərdən danışanda bizi cərimələyirlər” – ARENA.AZ

“Turan Tovuz”un məşqçisi Yunis Hüseynov Azərbaycan Kubokunun yarımfinalında “Zirə”yə qarşı keçirdikləri ilk oyunu şərh edib.

Arena.az xəbər verir ki, sözügedən komandaların bu gün Sumqayıtda baş tutmuş görüşündə Tovuz təmsilçisi 0:2 hesablı məğlubiyyətə üzülüb.

Yunis Hüseynov matçdan sonra təşkil edilmiş mətbuat konfransında bunları söyləyib:

“Hər komanda kubok oyununda qalib gəlmək istəyir. Avrokuboklara getmək kubokda daha rahatdır. 2-3 oyunda qələbə qazanandan sonra finala çıxırsan. Bu gün qalib gəlmək istəyirdik. Hələ cavab matçı var. Tam ciddi hazırlaşıb finala vəsiqə qazanmağa çalışacağıq. Bu gün öz səhvlərimizdən qollar buraxdıq. Rəqib əks-hücumda oynayırdı. Qarşıda “İmişli” ilə çətin çempionat oyunu var. Həmin görüşə hazırlaşacağıq. “Zirə” ilə cavab oyununda tam başqa futbol oynayacağıq.

Hakimlər haqda danışmaq istəmirik. Danışanda bizi cərimələyirlər. Epizoda biz də baxdıq. Nə dərəcədə penalti olub-olmadığını deyə bilmərəm. İkinci hissədə rəqib Roderik Millerin ayağını tapdaladı. Mənə elə gəlir ki, VAR epizoda baxmalı idi. Əliyar Ağayev görməyə bilər. Amma məncə, VAR baş hakimi monitora dəvət etməli idi.

Biz də istəyirik ki, İbrahima Vadji qol vursun. İnşallah, qarşıdakı matçlarda fərqlənər. Futbolçu elədir ki, bir qol vurandan sonra onda özünəinam artır. Vadji də bir qol vursa, davamı gələr”.

Xəbəri sosial şəbəkələrdə paylaş:
Seçilən
4
3
arena.az

10Mənbələr