Bu pilotsuz təyyarə Şirazın Hafiz və Sədi şəhərləri üzərində cəsur silahlı qüvvələrimiz tərəfindən vurulub.Metbuat.az bakupost.az-a istinadən xəbər verir ki, bu sözləri İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqai paylaşdığı fotoya yazıb. “Bu, bəzi regional dövlətlərin ABŞ-ın və İsrailin İrana qarşı təcavüzü və müharibə cinayətlərində birbaşa iştirakının və daha bir sübutu ola bilər. Bu pilotsuz təyyarədən istifadə edən iki regional dövlətin hər birindən izahat almalıyıq!", - deyə o qeyd edib.Bəqai işarə etdiyi iki dövlətin adını açıqlamayıb.