AZ

Gənclər və İdman nazirliyinin nümayəndə heyəti Türkiyədə olub FOTO

ain.az bildirir, Idman.biz saytına əsaslanaraq.

Türkiyə və Azərbaycan Gənclər və İdman nazirlikləri arasında mütəxəssis mübadiləsi proqramı çərçivəsində martın 31-dən aprelin 2-dək Azərbaycan nümayəndə heyətinin Türkiyə Respublikasına işgüzar səfəri baş tutub.

İdman.Biz xəbər verir ki, səfər çərçivəsində bir sıra rəsmi görüşlər və idman obyektlərinə ziyarətlər təşkil olunub.

Nümayəndə heyəti Türkiyənin Gənclər və İdman Nazirliyində, eləcə də Nazirliyin İdman təhsili və araşdırmaları, İdmançıların hazırlığı, İdman klubları və İdman federasiyaları idarələrində görüşlər keçirib, qarşılıqlı fikir mübadiləsi aparıb.

Proqram çərçivəsində Məktəb İdmanı və İdman Tədbirlərinin Təşkili İdarəsində, Yenimahalle İdman Kompleksində, Türkiyə Tennis Federasiyasında, Milli İdman Növləri Federasiyasında, Türkiyə Olimpiya Hazırlıq Mərkəzində iş prosesi ilə tanışlıq olub.

İdman.Biz

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
47
icma.az

1Mənbələr