AZ

Trampa vurulan ABŞ təyyarəsi barədə məlumat verildi

ABŞ Prezidenti Donald Tramp düşən Amerika təyyarəsi ilə bağlı məlumatlandırılıb.

Musavat.com xəbər verir ki, bu barədə Ağ Evin sözçüsü Karolina Leavitt qısa açıqlamasında bildirib. Onun sözlərinə görə, “Prezidentə məlumat verilib”.

Hələlik hadisənin detalları, təyyarənin hansı şəraitdə qəzaya uğradığı və ekipaj üzvlərinin taleyi ilə bağlı əlavə məlumat açıqlanmayıb.

Xatırladaq ki, SEPAH-a bağlı Hava Hücumundan Müdafiə Qüvvələri ABŞ-nin F-15 tipli qırıcısını vurub. Son açıqlamalara görə, pilotlardan biri xilas edilib, digərinin axtarışı isə davam edir. 

 

Musavat.com

Seçilən
27
musavat.com

1Mənbələr