AZ

"Zirə" "Turan Tovuz"a qalib gəldi, "Qarabağ" - "Sabah" matçında sülh YENİLƏNİB

Bu gün Azərbaycan Kubokunda yarımfinal mərhələsinə start verilib.

Sportal.az xəbər verir ki, günün ilk oyununda "Zirə" "Turan Tovuz"un qonağı olub. Sumqayıtda keçirilən oyun "qartallar"ın qələbəsi ilə yekunlaşıb.

"Qarabağ" isə "Sabah"la üz-üzə gəlib. 4 qolun vurulduğu qarşılaşmada qalib müəyyənləşməyib.

Azərbaycan Kuboku

Yarımfinal mərhələsi, ilk oyunlar

3 aprel

17:30 "Turan Tovuz" - "Zirə" 0:2

Qollar: Eren Aydın, 55, Leroy Mikels, 89

Baş hakim: Əliyar Ağayev

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu

20:00 "Qarabağ" - "Sabah" 2:2

Qollar: Kadi Borqes, 29, 60 - Umarali Raxmonaliyev, 23, 65 (pen)

Baş hakim: Rauf Cabarov

Tofiq Bəhramov adına Respublika Stadionu

saytlarin hazirlanmasi

Seçilən
12
7
sportal.az

10Mənbələr