AZ

Firuzə Cəlilovaya vəzifə verildi

Aprelin 3-də Mingəçevir Dövlət Universitetində yeni kadr təyinatı ilə bağlı kollektivə təqdimat mərasimi keçirilib.

Publika.az xəbər verir ki, rektor Anar Eminov tərəfindən Mingəçevir Dövlət Universitetinin İctimaiyyətlə əlaqələr və marketinq şöbəsinə yeni müdir – mətbuat katibi Firuzə Cəlilova kollektivə təqdim olunub.

Rektor çıxış edərək vurğulayıb ki, müasir dövrdə ali təhsil müəssisələrinin fəaliyyətində ictimaiyyətlə əlaqələrin effektiv təşkili mühüm əhəmiyyət kəsb edir. Bu baxımdan, həyata keçirilən yeni təyinatın universitetin informasiya siyasətinin daha da gücləndirilməsinə mühüm töhfə verəcəyinə əminlik ifadə olunub.

Seçilən
13
2
publika.az

10Mənbələr