AZ

Tatarıstanda zavodda baş verən hadisədə 7 nəfər həlak olub

Bakı. Trend:

Tatarıstanda "Nijnekamskneftekim" zavodunda baş vermiş hadisənəticəsində yeddi nəfərin həlak olduğu təsdiqlənib.

Trend xəbər verirki, bu barədə "Sibur Nijnekamsk - Nijnekamskneftekim" şirkətininrəsmi "Telegram" kanalında məlumat verilib.

Məlumata görə, hadisənin nəticələrinin aradan qaldırılmasıistiqamətində işlər davam etdirilir, dağıntıların sökülməsi vəaxtarış əməliyyatları aparılır. Aprelin 3-ü, cümə günü axşamsaatlarına olan məlumata əsasən, yeddi nəfərin həlak olduğutəsdiqlənib.

Bildirilib ki, hazırda daha beş nəfərin axtarışı davam edir.

Şirkətdən əlavə edilib ki, axtarış-xilasetmə işləri fasiləsizşəkildə aparılır. Əməliyyatlara Rusiya Fövqəladə HallarNazirliyinin mütəxəssisləri və digər aidiyyəti qurumlar cəlbolunub. Ümumilikdə 200-dən çox insan və 20-yə yaxın texnikagecə-gündüz rejimində fəaliyyət göstərir.

Seçilən
54
az.trend.az

1Mənbələr