AZ

Azərbaycan-Yunanıstan Birgə Hökumətlərarası Komissiyasının növbəti iclası Afinada keçiriləcək

Azərbaycan-Yunanıstan Birgə Hökumətlərarası Komissiyasının növbəti iclası bu payız Afinada keçiriləcək.

“İki sahil” xəbər verir ki, bu barədə Yunanıstanın Bakıdakı diplomatik nümayəndəliyindən səfir Mariya Papakonstantinunun Azərbaycanın energetika naziri Pərviz Şahbazovla görüşünün yekunlarını şərh edərkən bildirilib.

Məlumata görə, görüş zamanı Avropanın enerji təhlükəsizliyinin möhkəmləndirilməsində Trans-Adriaktik Qaz Boru Kəmərinin (TAP) əhəmiyyətinə, eləcə də energetika sahəsində ikitərəfli əməkdaşlığın gələcək inkişaf perspektivlərinə xüsusi diqqət yetirilib.

"Həmçinin növbəti iclasın bu payız Afinada keçiriləcəyi nəzərə alınmaqla, həmsədrləri Pərviz Şahbazov və Yunanıstanın xarici işlər nazirinin müavini Harris Teoharis olan Yunanıstan-Azərbaycan Birgə Hökumətlərarası Komissiyası çərçivəsində əməkdaşlığın dərinləşdirilməsi imkanları nəzərdən keçirilib", - səfirlikdən qeyd edilib.

Diplomatik nümayəndəlik həmçinin energetika məsələlərinə dair fikir mübadiləsi və dialoqun inkişafı üçün platforma kimi qarşıdan gələn "Baku Energy Week"in əhəmiyyəti vurğulayıb.

Seçilən
14
4
ikisahil.az

6Mənbələr