AZ

Matviyenko: “Zelenskinin Maduro kimi qaçırılması tərzimiz deyil”

“Rusiya ABŞ-ın Venesuela prezidenti Nikolas Maduro ilə etdiyi kimi, Ukrayna prezidenti Volodimir Zelenskini qaçırmayacaq. Əgər Rusiya bu şəkildə davranarsa, özünə hörmətini itirəcək”.

Bizim.Media xəbər verir ki, bu sözləri Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenko "Rossiya-1" televiziya kanalına müsahibəsində deyib.

"Zelenskini qaçırmağımızı təklif edirsiniz? Məni kimisə dərhal qaçırmalı olduğumuzu deməyə təhrik etməyin. Bu, bizim tərzimiz deyil. Biz dünyanın ən özünəhörmət edən ölkəsiyik və ən hörmətli ölkəyik. Əgər bu şəkildə hərəkət etsək, özünəhörmətimizi itirəcəyik" – Matviyenko bildirib.

Xatırladaq ki, yanvarın 3-də ABŞ Venesuela prezidenti Nikolas Maduro və həyat yoldaşı Siliya Floresi Karakasda qaçıraraq həbs edib.

ABŞ prezidenti Donald Trampın göstərişi ilə "Mütləq Qətiyyət" əməliyyatı həyata keçirildi.

Maduro ABŞ-a aparılıb və orada "narkoterrorizm" ittihamı ilə mühakimə olunub.

Əgər təqsirli bilinərsə, Maduro 30 ildən ömürlük həbsə qədər cəza ilə üzləşə bilər.

Maduro dövründə icraçı vitse-prezident vəzifəsində çalışmış Delsi Rodrigez Venesuelada dövlət başçısı vəzifəsini müvəqqəti icra edir.

Bizim.Media

Seçilən
12
1
bizim.media

5Mənbələr