AZ

İsveç Baltik dənizində “kölgə donanmasına” aid tankeri saxlayıb » AzadMedia.az

İsveç


Swedish Coast Guard Baltik dənizində Avropa İttifaqının sanksiyalar siyahısında olan Flora 1 adlı tankeri saxlayıb. Bu barədə qurumun rəsmi saytında məlumat verilib.

BBC News-un yaydığı xəbərə görə, İsveç hakimiyyəti gəminin Gotland adası yaxınlığında baş vermiş neft məhsulları sızması ilə əlaqəli ola biləcəyindən şübhələnir. Sızma 2 aprel səhər saatlarında qeydə alınıb.

Neftlə yüklənmiş tankerin göyərtəsində 24 ekipaj üzvünün olduğu bildirilir. Gəmi Finlandiya körfəzindən naməlum istiqamətə doğru hərəkət edirmiş.

Məlumata görə, tanker saxlanılan zaman İsveçin ərazi sularından kənarda, lakin ölkənin iqtisadi zonasında olub. Sahil mühafizəsi beynəlxalq hüquqa əsaslanaraq qeyd edib ki, ətraf mühit cinayətində şübhəli bilinən gəmidən ölkənin ərazi sularında lövbər salması tələb oluna bilər.

Seçilən
1
1
azadmedia.az

2Mənbələr