AZ

FIFA futbol üzrə dünya çempionatı biletlərinin qiymətini artırıb

Bakı. Trend:

FIFA 2026 futbol üzrə dünya çempionatında iştirak edəcək 48komandanın dəqiqləşməsindən sonra yenidən başlayan biletsatışlarında qiymət artımları diqqət çəkib. FIFA iyulun 19-daNyu-Cersidəki "MetLife" stadionunda keçiriləcək final oyununun ənyüksək bilet qiymətini 10 min 990 dollara qaldırıb.

Trend xariciKİV-ə istinadən xəbər verir ki, bu qiymət dekabr ayında keçirilənpüşkatmadan sonra 8 min 680 dollar idi.

Final oyununun digər kateqoriyalarında da ciddi artımlar qeydəalınıb:

Kategoriya 2: 5 min 575 dollardan 7 min 380 dollarayüksəlib.

Kategoriya 3: 4 min 185 dollardan 5 min 585 dollara çatıb.

Məlumata görə, FIFA ABŞ-nin 11, Meksikanın 3 və Kanadanın 2şəhərində keçiriləcək turnirdə “dinamik qiymətləndirmə” modelinitətbiq edir.

Bu sistem tələbatdan asılı olaraq qiymətlərin anlıq dəyişməsinəimkan verir.

ABŞ Konqresinin 69 demokrat üzvü FIFA prezidenti Canniİnfantinoya ünvanladıqları məktubda bu tətbiqi tənqid edərək, 2026Dünya Kubokunun tarixdə “maliyyə baxımından ən kənarlaşdırıcı”turnir olacağı barədə xəbərdarlıq ediblər.

Açılış və qrup oyunlarında da artım var

Turnirin açılış və qrup mərhələsi oyunlarında da qiymətartımları müşahidə olunub:

Meksika – Səudiyyə Ərəbistanı (açılış): ən ucuz bilet 2 min 355dollardan 2 min 985 dollara yüksəlib.

Kanada – Bosniya və Herseqovina: bilet qiyməti 2 min 170dollardan 2 min 240 dollara qalxıb.

ABŞ – Paraqvay: iyunun 12-də keçiriləcək açılış oyunu üçünyalnız 2 min 735 dollarlıq ən yüksək kateqoriya biletlər qalıb.

Bundan başqa bilet satışlarının “son mərhələ” adı ilə yenidənbaşlaması ilə FIFA-nın saytında texniki nasazlıqlar yaşanıb. Birçox istifadəçi saatlarla növbədə gözlədiyini, bəzi azarkeşlər isəyanlış yönləndirmələr səbəbindən bilet ala bilmədiklərinibildiriblər.

FIFA açıqlayıb ki, bütün biletlər hələ satışa çıxarılmayıb vəiyunun 11-dən iyulun 19-dək keçiriləcək 104 oyun üçün biletlərmərhələli şəkildə satışa buraxılacaq.

Eyni zamanda bildirilib ki, hər iştirakçı ölkənin federasiyasınaən sadiq azarkeşlər üçün təxminən 400-700 ədəd olmaqla 60 dollarlıqucuz bilet kvotası ayrılacaq.

Seçilən
36
1
az.trend.az

2Mənbələr