Bakı. Trend:
Bu ilin martın 1-nə Azərbaycan banklarında fiziki şəxslərinəmanətlərinin həcmi 17,209 milyard manat təşkil edib.
Trend bubarədə Mərkəzi Banka istinadən xəbər verir.
Məlumata görə, əmanətlərin həcmi bir ay əvvələ nisbətən 542,7milyon manat və ya 3,3%, ötən ilin eyni dövrü ilə müqayisədə isə2,4 milyard manat və ya 16% artıb.
Bu ilin martın 1-nə fiziki şəxslərin milli valyuta (manat) iləəmanətlərinin həcmi 11,943 milyard manat, xarici valyuta ilə isə5,267 milyard manat təşkil edib.
Milli valyuta ilə əmanətlərin həcmi əvvəlki ayla müqayisədə466,9 milyon manat və ya 4,1%, illik müqayisədə isə 2 milyard manatvə ya 20,2% artıb.
Xarici valyuta ilə isə bu göstərici bu ilin fevralın 1-nə olangöstəriciyə nisbətən 75,9 milyon manat və ya 1,5%, illik nisbətdəisə 363,5 milyon manat və ya 7,4% artıb.
Beləliklə, bu ilin martın 1-nə fiziki şəxslərin milli valyutailə əmanətləri xarici valyutadakını 6,433 milyard manat və ya 2,3dəfə üstələyib.