GlobalInfo saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.
Rusiya Prezidenti Vladimir Putinlə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında telefon danışığı olub.
Globalinfo.az xəbər verir ki, bu barədə Kremlin mətbuat xidməti məlumat yayıb.
Bildirilib ki, telefon danışığı Türkiyə tərəfinin təşəbbüsü ilə baş tutub. Liderlər Yaxın Şərqdə davam edən gərginliyi müzakirə ediblər, ən qısa zamanda atəşəkəsin elan edilməsinin vacibliyini vurğulayıblar.
“Fars körfəzi zonasında davam edən hərbi-siyasi qarşıdurmanın artması ilə əlaqədar dərin fikir mübadiləsi aparılıb. Qeyd olunub ki, intensiv döyüş əməliyyatları təkcə regional deyil, həm də qlobal miqyasda, o cümlədən energetika, ticarət və logistika sahələrində mənfi nəticələrə gətirib çıxarır”, – məlumatda deyilir.
Qeyd edilib ki, hər iki ölkə başçısı regionun bütün dövlətlərinin qanuni maraqlarını nəzərə alacaq güzəştli sülh razılaşmalarının hazırlanmasının zəruriliyi ilə bağlı eyni mövqedən çıxş edir.
Putin Rusiya-Ukrayna münaqişəsi çərçivəsində danışıqlar prosesinə töhfə verməyə daim hazır olduğuna görə Ərdoğana minnətdarlığını ifadə edib.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.