Son günlər adı "Beşiktaş"la hallanan "Bayer Leverkuzen"in hücumçusu Patrik Şiklə bağlı vəziyyətə aydınlıq gətirilib.
Fanat.Az xəbər verir ki, insayder Ertan Süzgün ulduz futbolçunun hazırda "qara qartallar"ın transfer siyahısında yer almadığını bildirib.
Çexiyalı forvardın "Beşiktaş"a keçəcəyi ilə bağlı yayılan şayiələrin heç bir real əsası yoxdur.
Bazar dəyəri 20 milyon avro olan 30 yaşlı hücumçu hazırkı klubu ilə yoluna davam edir.