AZ

Cəbrayılda daha bir məktəbəqədər təhsil müəssisəsi fəaliyyətə başladı

ain.az xəbər verir, Unikal.az saytına əsaslanaraq.

Şərqi Zəngəzurda daha bir məktəbəqədər təhsil müəssisəsi fəaliyyətə başlayıb

MÜTDA-dan "Unikal"a verilən məlumata görə, aprelin 3-də işğaldan azad olunmuş Cəbrayıl rayonunun Horovlu kəndində eyni adlı körpələr evi-uşaq bağçası fəaliyyətə başlayıb.

220 yerlik bağçada uşaqlar üçün yeməkxana, oyun və musiqi otaqları yaradılıb. Binada həmçinin inzibati, kompüter və metodika otaqları fəaliyyət göstərir. Ərazidə uşaqların asudə vaxtını maraqlı keçirməsi üçün şərait təmin olunub.

Qeyd edək ki, Cəbrayıl rayonu Horovlu kənd körpələr evi-uşaq bağçası Şərqi Zəngəzur Regional Təhsil İdarəsi üzrə işğaldan azad olunmuş torpaqlarda fəaliyyətə başlayan 6-cı məktəbəqədər təhsil müəssisəsidir.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
19
1
unikal.az

2Mənbələr