AZ

Birinci Qarabağ müharibəsi veteranının yubileyi qeyd edilib

Azertag portalından verilən məlumata görə, ain.az xəbər yayır.

Bakı, 3 aprel, AZƏRTAC

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında istefada olan polkovnik-leytenant, əməkdar müəllim Bayram Məmmədovun 70 illik yubileyi qeyd edilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edənlər Bayram Məmmədovu 70 illik yubileyi münasibətilə təbrik edib, onun Azərbaycanın ordu quruculuğunda, ölkəmizin beynəlxalq tədbirlərdə təmsil olunmasında, həmçinin gənc hərbiçilərin formalaşmasında göstərdiyi müstəsna xidmətləri vurğulayıblar. Qeyd olunub ki, məhz B.Məmmədov bu cür xidmətlərinə görə dövlətimizin başçısı tərəfindən "Əməkdar müəllim" fəxri adına layiq görülüb.

Sonra şairə Nazlı Cəlilli yubilyara həsr etdiyi şeiri oxuyub.

Tədbirdə yubilyara təşkilatın fəxri üzvlük vəsiqəsi də təqdim edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
29
azertag.az

1Mənbələr