Ərəb ölkələri Hörmüz boğazının açılmasından ötrü İrana qarşı əməliyyat üçün BMT Təhlükəsizlik Şurasının təsdiqini istəyir, lakin BMT TŞ-nin üç daimi üzv buna qarşı çıxır.
Musavat.com xarici mediaya istinadla xəbər verir ki, Bəhreyn tərəfindən Fars körfəzi dövlətlərinin dəstəyi ilə hazırlanmış qətnamə layihəsi üzrə rəsmi səsvermənin bu gün keçiriləcək. Sənədin qəbul edilməsi üçün Təhlükəsizlik Şurasının daimi üzvlərinin veto hüququndan yayınmaq tələb olunacaq. Rusiya, Çin və Fransa artıq təşəbbüsü dəstəkləyə bilmədiklərini bildiriblər.
Bəhreynin xarici işlər naziri Əbdüllətif bin Rəşid Əl-Zəyani İranın qonşu ərəb ölkələrinə qarşı hərəkətlərini "xain" və beynəlxalq hüququ pozan akt adlandırıb. O, Tehranın hava limanları, dəniz limanları və otellər də daxil olmaqla mülki infrastrukturu hədəf aldığını bildirib.
"New York Times" qəzetinin bir diplomata və yüksək vəzifəli BMT rəsmisinə istinadla verdiyi xəbərdə iddia olunur ki, əsas Amerika bazalarına, neft yataqlarına və digər əsas infrastrukturlara ev sahibliyi edən Körfəz dövlətlərinə minlərlə hücum edilib. Qəzetin məlumatına görə, ən azı 18 mülki şəxs həlak olub.
Musavat.com