AZ

İncəsənət nümayəndələrindən ETİRAZ: “Mədəniyyətimizi vandalizmdən qoruyaq!” FOTOLAR

ain.az, Bizim media portalına istinadən məlumatı açıqlayır.

Xəbər verdiyimiz kimi, aprelin 1-dən 2-nə keçən gecə naməlum şəxs və ya şəxslər Nizami Kino Mərkəzinin binasının fasadına boya vasitəsilə cızma-qara edilib, müxtəlif söz və ifadələr yazılıb.Bizim.Media xəbər verir ki, bu məsələ sosial mediada, o cümlədən incəsənət nümayəndələri arasında geniş müzakirələrə, etirazlara səbəb olub.Tanınmış simalar da məsələyə biganə yanaşmayıb. Əməkdar artist Dilarə Əliyeva məsələ ilə bağlı bildirib ki, tarixi binaya qraffiti çəkmək "yaradıcılıq" deyil, məsuliyyətsizlikdir: “Nizami Kino Mərkəzi kimi memarlıq nümunəsinin zədələnməsi şəhərin görünüşünə və mədəni irsə zərər vurur. Kinomuzu da, kinomuzun nümayiş olunduğu məkanı da, nəinki kinomuz, mədəniyyətimizi vandalizmdən qoruyaq!”.Avroviziya qalibimiz Nigar Camal isə qeyd edib ki, tarixi və mədəni əhəmiyyətə malik Nizami Kino Mərkəzi binasının zədələnməsi qəbuledilməzdir:“Şəhərin təmizliyi və gözəlliyi üçün görülən işlər fonunda belə məsuliyyətsiz davranışlar həm şəhərə, həm də cəmiyyətə hörmətsizlikdir”.

 

Qeyd edək ki, Nizami Kino Mərkəzinin divarına qraffiti çəkən şəxslər hüquq-mühafizə orqanları tərəfindən saxlanılıblar. Qraffiti tipli təsvirlər çəkən 20 yaşlı A.S, 16 yaşlı L.M, 16 yaşlı Ş.Q və 17 yaşlı M.B-nin valideynlərinin iştirakı ilə aidiyyəti üzrə Polis İdarəsində profilaktik iş aparılır.

Abidəyə dəyən ziyanın məbləğinin müəyyən olunması və hüquqi məsuliyyət tədbirləri istiqamətində araşdırmalar davam etdirilir. Məsələ ilə bağlı cinayət işi açılıb.

Bizim.Media

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
13
1
bizim.media

2Mənbələr