AZ

İçki üçün satıcını qumbara ilə hədələyən şəxs həbs edildi

Sankt-Peterburqda araq və pelmeni əldə etmək üçün satıcını qumbara ilə hədələyən kişi məhkəmə qarşısına çıxarılacaq.

Publika.az xəbər verir ki, bu barədə “Qazeta.ru” məlumat yayıb.

Bildirilib ki, hadisə fevralın 21-də şəhərdəki marketlərdən birində baş verib. Məlumata görə, kişi əl qumbarasının maketi ilə hədələyərək satıcıdan ona araq və ev pelmenisi verməsini tələb edib.

Təcavüzkar daha sonra satıcı tərəfindən çağırılan təhlükəsizlik işçiləri tərəfindən saxlanılıb.

Seçilən
7
publika.az

1Mənbələr