AZ

Gecə təhlükəsiz sürüşün qaydaları BUNLARDIR

ain.az bildirir, Avtosfer portalına istinadən.

Bəzi sürücülər gecə avtomobil idarə etməkdən həzz alırlar. Başqa bir qrup isə intensivlik az olduğu üçün gecə yola çıxmağa üstünlük verir. Lakin, istənilən halda gecə sürüşünün riskləri daha çoxdur. 

Avtosfer.az xəbər verir ki, gecə mənzil başına rahat çatmaq üçün xüsusi diqqətli olmaq və bəzi kiçik görünən qaydalara əməl etmək zəruridir.

Bunun üçün ilk növbədə avtomobilin faraları düzgün tənzimlənməlidir. Fara elə qurulmalıdır ki, yolu işçıqlandırsın. Qarşıdan gələn sürücünün gözünü qamaşdıran və ya yol kənarındakı ağacları işıqlandıran faranın heç kimə faydası yoxdur. Duman əleyhinə faralardan isə yalnız təyinatı üzrə istifadə edilməlidir. Təəssüf ki, Azərbaycanda bu işıq cihazlarından lüzumsuz istifadə normaya çevrilib.

Alın şüşəsinin təmizliyinə mütləq fikir verilməlidir. Ən cüzi çirk yolun pis görülməsinə səbəb olur. Buna görə də, yola çıxmazdan əvvəl alın şüşəsini həm çöldən, həm içəridənb təmizlənməsi zəruridir. Güzgülərin təmizliyini də unutmaq olmaz.

Gecə boyu avtomobil idarə edənlər vaxtaşırı dayanıb dincəlməlidir. İnsan təbiəti etibarı ilə gecə daha tez yorulur, yuxusu gəlir. 

Ən əsası isə, sürət rejiminə əməl etməkdir. Gecə vaxtı yüksək sürətdən qaçınmaq mütləqdir. Nəzərə alaq ki, gecə saatlarında ən müasir faralar belə, gündüz işığını əvəz etmir. Yola anidən çıxacaq heyvan və ya piyadanı sutkanın qaranlıq saatlarında görmək daha çətindir. Qəzadan yayınmaq üçün başlıca şərt aşağı sürətdir.

Vüqar

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
22
avtosfer.az

1Mənbələr