Türkiyənin məşhur “Kim Milyoner Olmak İster?” yarışmasına qatılan yapon iştirakçının studiyaya daxil olması sosial şəbəkələrdə maraqla qarşılanıb.
Azreform.info xəbər verir ki, iştirakçının səhnəyə çıxışı və özünəməxsus davranışları tamaşaçıların diqqətini cəlb edib.
O, studiyaya daxil olduqdan sonra yerə üzüüstə uzanıb, daha sonra başını yerə əyərək aparacıya müraciət edib və bunun hörmət əlaməti olduğunu bildirib
Görüntülər tamaşaçılar və sosial media istifadəçiləri tərəfindən maraqla qarşılanıb.
Həmidə İbrahimova