Azvision saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.
Bu barədə Azərbaycanın energetika naziri Pərviz Şahbazov "X" hesabında paylaşım edib. "Yunanıstanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Maria Papakonstantinus ilə iki ölkə arasında enerji sahəsində və Hökumətlərarası Komissiya çərçivəsində əməkdaşlığımızın inkişafına dair məsələləri müzakirə etdik. Azərbaycan Yunanıstanı indiyədək 5,6 milyard kubmetr təbiiqazla təchiz edib", - paylaşımda qeyd edilib. Qeyd edək ki, Dövlət Statistika Komitəsinin məlumatına əsasən, bu ilin yanvar ayında Azərbaycandan Yunanıstana 33,7 milyon ABŞ dolları dəyərində 80,1 milyon kubmetr təbii qaz (qaz halında) ixrac edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici məbləğ ifadəsində 10 milyon dollar və ya 22,9%, həcminə görə isə 111 min kubmetr və ya 0,1% azalıb. Dövlət Gömrük Komitəsinin məlumatına əsasən isə, bu ilin yanvar-fevral aylarında Azərbaycan 1,285 milyard ABŞ dolları dəyərində 4,381 milyard kubmetr (qaz halında) təbii qazı ixrac edib. Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə bu göstərici dəyər ifadəsində 265 milyon ABŞ dolları və ya 17,1% azalıb, həcm ifadəsində isə 194 milyon kubmetr və ya 4,6% artıb.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.