AZ

Netanyahu: İsrail və ABŞ İrana zərbələr endirməyə davam edəcək

İsrailin Baş naziri Benyamin Netanyahu ABŞ və İsrailin İrana zərbələr endirməyə davam edəcəyini bəyan edib.

Ölkə.Az xəbər verir ki, bu barədə "Ynet News" məlumat yayıb.

"Mənimlə Prezident Tramp arasında, həmçinin İsrail Müdafiə Ordusu (SAXAL) ilə ABŞ Silahlı Qüvvələri arasındakı sıx qarşılıqlı əməkdaşlıq çərçivəsində biz İrana zərbələr endirməyə davam edəcəyik", — deyə Netanyahu bildirib.

O qeyd edib ki, "amerikalı dostlarımızla birlikdə İrandakı terrorçu rejimə zərbələr endirməyi davam etdiririk".

"Biz komandirləri məhv edirik, körpüləri və infrastrukturu bombalayırıq", — deyə İsrailin Baş naziri əlavə edib.

Seçilən
35
olke.az

1Mənbələr