AZ

Rusiyada hibrid avtomobil hazırlanır FOTO

ain.az xəbər verir, Avtosfer saytına əsaslanaraq.

Rusiyanın “Avtovaz” şirkəti yeni hibrid avtomobil hazırlayır.Avtosfer.az xəbər verir ki, bu barədə şirkətin direktoru Maksim Sokolov beynəlxalq forumda məlumat verib.

Məlumata görə, doldurulabilən hibrid “LADA Azimut 4WD” adlandırılacaq. Avtomobilin gediş ehtiyatı 1100 kilometr təşkil edəcək. İstehsal avqust-sentyabr aylarında başlayacaq, payızda isə ilk maşınlar satışa çıxarılacaq. 

Qeyd edək ki, bir müddət əvvəl “Azimut” markalı ənənəvi krossoverin istehsalına da iyul-sentyabr aylarında başlanacağı barədə məlumat verilmişdi. Bu avtomobil 1,6 və 1,8 litrlik mühərriklərlə təmin ediləcək. 

Onu da əlavə edək ki, rusiyalı avtomobil jurnalistləri yaxın aylarda 2 fərqli modelin eyni anda istehsala başlamasını real hesab etmirlər.

Vüqar

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
27
avtosfer.az

1Mənbələr