AZ

Ekspert: ABŞ nin mümkün əməliyyatı baha başa gələ bilər

ain.az, Azxeber.com portalına istinadən məlumat verir.

"ABŞ-nin İran yaxınlığındakı adalarda mümkün quru əməliyyatı ciddi itkilərlə nəticələnə bilər”.

Bunu Bu sözləri AZXEBER.COM-a açıqlamasında Bahçeşehir Universiteti Strateji Araşdırmalar Mərkəzinin rəhbəri, terror və təhlükəsizlik üzrə ekspert Abdullah Ağar bildirib.

O deyib ki, İran ətrafındakı adalara quru əməliyyatı ABŞ üçün əhəmiyyətli itkilərlə nəticələnə bilər:

"İran ətrafındakı adalara quru əməliyyatı və onların ələ keçirilməsi ABŞ üçün əhəmiyyətli itkilərlə nəticələnə bilər. Hər şey İranın hazırlığı və savaş gücünün effektivliyindən asılıdır. ABŞ bunu əvvəlcədən dəqiq hesablamalıdır. Belə əməliyyat planlaşdırılarkən ordu siyasi rəhbərliyə müxtəlif icra variantları təqdim edir və mümkün itkilər müzakirə olunur. Əgər bu itkilər strateji məqsədlər və potensial uğur baxımından qəbul ediləndirsə, siyasi qərar qəbul olunur. Yəni itkilər gözlənilməz nəticə sayılmır”.

O vurğulayıb ki, ABŞ quru əməliyyatlar üçün hazırlıqlar görür:

"ABŞ belə bir əməliyyat üçün bölgədə xüsusi təyinatlı qüvvələr, dəniz piyadaları, hava-desant bölmələri və hava dəstək qüvvələri daxil olmaqla ciddi hərbi güc cəmləşdirib. Hazırlıqlar açıq şəkildə görünür. Ehtimal ki, adalara desant çıxarılması planlaşdırılır. Bu isə ciddi və baha başa gələn əməliyyatdır. Məsələn, Xarq adasını götürək. Burada dənizdə və quruda minalanmış ərazilər, gizlədilmiş döyüş mövqeləri ola bilər. ABŞ üstün  gücü ilə adalara desant çıxarsa belə, İran artilleriyası üçün əlverişli hədəfə çevrilə bilər”. 

O əlavə edib ki, İranın uzun mənzilli artilleriya qüvvələri döyüşə hazır vəziyyətdə saxlanıla bilər:

O bildirib ki, ABŞ-nin tək məqsədi Xarq adası deyil:

"Əgər bu mövqelər zərərsizləşdirilməzsə, İran adadakı ABŞ qüvvələrinə qarşı güclü zərbələr endirə bilər. Məsafənin yaxın olması digər imkanlardan istifadəni də asanlaşdırır. Məsələn, qısa məsafəli hücum dronları kütləvi şəkildə tətbiq oluna bilər. Bütün bunlar ABŞ qüvvələri üçün ciddi itki riskini artırır. ABŞ-nin məqsədi yalnız Xarq adası deyil, eyni zamanda Hörmüz boğazı ətrafındakı bir sıra adalar ola bilər. Bu isə Vaşinqtona hərbi əməliyyatlar və strateji hədəflərə çatmaq üçün əlverişli dayaq nöqtəsi qazandıra bilər”.

Şahanə Ziyad

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
24
azxeber.com

1Mənbələr