ain.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Bakı, 3 aprel, AZƏRTAC
Bu gün top və halqalarla hərəkətlərin icrasında qüvvəmi sınadım. Cüzi səhvlərim olsa da, çıxışımdan razı qaldım.
Bu sözləri AZƏRTAC-a açıqlamasında bədii gimnastika üzrə Azərbaycan millisinin üzvü Azadə Atakişiyeva bu gün Bakıda start götürən “AGF Trophy” beynəlxalq turniri barədə danışarkən deyib.
14 yaşlı gimnast finalda daha yaxşı çıxış edəcəyinə inandığını söyləyib: “Bu turnirdə rəqibim elə özüməm. Təkcə texniki elementlərə deyil, bədii hissəyə də çox çalışmışıq. Sabah lent və gürzlər proqramında gücümü yoxlayacağam. Ümid edirəm ki, performansım istədiyim kimi alınar. Fəxri kürsüdə yer almağı hədəfləyirəm. Məqsədim Vətənimi layiqincə təmsil etməkdir”.
Qeyd edək ki, 15 ölkədən gimnastların mübarizə apardığı turnirə aprelin 5-də yekun vurulacaq.
Fotoqraf - İlqar Cəfərov
Operator - Şövqi Əzizov
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.