AZ

Azərbaycan nümayəndə heyəti ASOSAI nin müvafiq təlimatının ayrı ayrı müddəaları üzrə dəyişikliklərlə bağlı təklif irəli sürüb

Azertag saytından alınan məlumata görə, ain.az bildirir.

Bakı, 3 aprel, AZƏRTAC

Azərbaycan Respublikası Hesablama Palatasının auditoru Cavid Bayramovun rəhbərlik etdiyi nümayəndə heyəti Çinin Nankin şəhərində keçirilən Asiya Ali Audit Orqanları Təşkilatının (ASOSAI) Dövlət Müəssisələrinin Auditi üzrə İşçi Qrupunun (WGSOEA) 2-ci illik toplantısında iştirak edib.

Palatadan AZƏRTAC-a bildirilib ki, toplantıda İşçi Qrupunun katibliyini həyata keçirən Malayziya və tədbirin təşkilatçısı olan Çin ilə yanaşı, Türkiyə, İndoneziya, Hindistan və Gürcüstan da daxil olmaqla ümumilikdə 12 ölkənin ali audit orqanlarını təmsil edən 34 nümayəndə bir araya gəlib.

Tədbirin əsas mövzusu ASOSAI-nin Dövlət Müəssisələrinin Auditi üzrə Təlimatın (Guidelines) layihəsi ətrafında fikir mübadiləsinin aparılması və təkmilləşdirilməsindən, eyni zamanda 2025–2029-cu illər üzrə iş planının layihəsinin müzakirəsindən ibarət olub.

Təlimatın həm ümumi, həm də dörd alt işçi qrupu çərçivəsində aparılan müzakirələri zamanı Azərbaycan nümayəndə heyəti sənədin ayrı-ayrı müddəaları üzrə əlavə və dəyişikliklərlə bağlı konkret təklif və tövsiyələr irəli sürüb. Qeyd olunan təkliflərin İşçi Qrupunun katibliyi tərəfindən nəzərdən keçirilməsi, müzakirələrin davam etdirilməsi və yekun sənədin 2027-ci ildə təsdiqlənməsi razılaşdırılıb.

Bununla yanaşı, Dövlət Müəssisələrinin Auditi üzrə İşçi Qrupunun 2025-2029-cu illəri əhatə edən iş planının əsas istiqamətləri və icra təqvimi müəyyənləşdirilib. Üzv ölkələrin ali audit orqanları üçün praktiki əhəmiyyətin artırılması məqsədilə Təlimat layihəsinin daha da təkmilləşdirilməsi əsas prioritetlərdən biri kimi vurğulanıb.

Toplantının gündəliyinə, həmçinin İşçi Qrupuna iki yeni üzvün – Özbəkistan və Bəhreyn ali audit orqanlarının qoşulması məsələsi daxil edilib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
5
azertag.az

1Mənbələr