AZ

“Bu mərhələlər uğurla tamamlandıqdan sonra tariflərin diferensiallaşdırılması məsələsinə baxmaq olar” Ekspert

ain.az bildirir, 525.az saytına əsaslanaraq.

“Avtobus seqmentində nağdsız ödəniş sisteminin bütün marşrutlarda tətbiqi tam şəkildə təmin edilməlidir ki, gedişlər dəqiq şəkildə qeydə alınsın. Bununla yanaşı, sərnişin axınının düzgün hesablanması, texniki infrastrukturun gücləndirilməsi və nəzarət mexanizmlərinin təkmilləşdirilməsi də əsas şərtlərdən hesab olunur. Paralel olaraq, brutto müqavilə modelinə keçid həyata keçirilməli və ictimai nəqliyyat fonduna müəyyən maliyyə vəsaitləri toplanmalıdır ki, sistemin davamlı fəaliyyəti təmin olunsun”.

Bunu 525.az-a nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərov deyib. O bildirib ki, bu mərhələlər uğurla tamamlandıqdan sonra tariflərin diferensiallaşdırılması məsələsinə baxmaq mümkün olacaq. Yəni gediş haqqının məsafəyə görə hesablanması, qısa və uzun məsafələr üzrə fərqli tariflərin tətbiqi, həmçinin müxtəlif sosial kateqoriyalar üçün güzəştlərin müəyyənləşdirilməsi kimi mexanizmlər gündəmə gələ bilər:

“Dünyanın ən inkişaf etmiş ölkələrində bu sistem mövcuddur və bu, dövlətin özəl daşıyıcılara olan dəstəyidir. Daşınmasından asılı olmayaraq dövlət özəl daşıyıcılara müəyyən kompensasiya təklif edəcək. Məqsədlərdən biri də odur ki, 2030-cu ilə qədər bizim ölkəmiz təmiz ətraf mühit və yaşıl artım ölkəsinə çevrilməlidir. Bu bizim dövlət proqramlarımızda təsbit olunub. 2030-cu il Azərbaycanın milli prioritetlərində də bu göstərilib”.

Sevinc Qarayeva 

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
4
525.az

1Mənbələr