Moskva Ukraynadakı münaqişənin aktiv mərhələsinə son qoymağın Ukrayna qoşunlarının Donbasdan çıxarılması şərti ilə mümkün olduğunu bildirib.
AZƏRTAC xəbər verir ki, Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə Ukrayna qoşunlarının Donbasdan çıxarılmasının münaqişənin siyasi və diplomatik yolla həllinə doğru irəliləmək üçün zəruri şərt olduğunu qeyd edib.
O, bu şərtin yerinə yetirilməsi üçün konkret bir müddətin müəyyənləşdirilmədiyini əlavə edib. Peskov qərarın Ukrayna rəhbərliyi, xüsusən də Prezident Volodimir Zelenski tərəfindən verilməli olduğunu bildirib.
O vurğulayıb ki, Rusiya məqsədlərinə çatana qədər xüsusi hərbi əməliyyatı davam etdirmək niyyətindədir.